Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “Düzgün karyeranın qurulması” adlı tədbir keçirilmişdir

Gömrük Akademiyasında “Düzgün karyeranın qurulması” adlı tədbir keçirilmişdir

Martın 14-də Dövlət Gömrük Komitəsinin Akademiyasında Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Təlim və layihələrlə iş” departamentinin təşkilatçılığı ilə “Düzgün karyeranın qurulması” adlı maarifləndirici tədbir keçirilmişdir. Akademiyanın əməkdaşlarının və tələbələrinin iştirakı ilə keçirilən tədbir çərçivəsində gənc sahibkar  Elvin Dadaşsoyla görüş təşkil olunmuşdur.

Gənclərin sahibkarlıq biliklərinin artırılması, onların fərdi biznes təşəbbüslərinin dəstəklənməsi məqsədilə keçirilən tədbirdə Elvin Dadaşsoy uğurlu karyera quruculuğu istiqamətində şəxsi təcrübəsini gənclərlə bölüşərək, sahibkarlıq fəaliyyəti ilə bağlı tələbələrə fikir və tövsiyələrini bildirmişdir.

Səmərəli keçən tədbirin sonunda gəncləri maraqlandıran suallar ətraflı olaraq cavablandırılmışdır.